Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakı Dövlət Universitetinin 91 yaşı tamam oldu
02.09.10 18:04

Bu gün Bakı Dövlət Universitetinin 91 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və Nizamnaməsi təsdiq olunduqdan sonra Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil alıb.1969-cu ildən sonrakı zaman universitet həyatında yüksəliş illəri sayıla bilər. Bu universitetin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı. Hazırda isə Bakı Dövlət Universitetdə 16 fakültə fəaliyyət göstərir və bu fakültələrdə müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisas üzrə mütəxəssislər hazırlanır. Bakı Dövlət Universitetindən bildirdilər ki, BDU-nun 91 yaşı hər il olduğu kimi noyabr ayında qeyd olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1891.html