Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Neft-qaz kəşfiyyatı ilə məşğul olanlar üçün monoqrafiya nəşr olunub
02.09.10 23:02

AMEA-nın müxbir üzvü Kərim Kərimovun “Azərbaycanda və Cənubi Xəzərdə depression zonaların dərinlik quruluşları, neftliliyi və qazlılığı” adlı kitabı “CBS” mətbəəsində çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Bu monoqrafiya müasir dövrümüzün ən vacib problemlərindən biri olan, bəşəriyyəti bütün növ enerjidaşıyıcılarla, ələlxüsus neft, qaz və onlardan alınan məhsullarla təminatı məsələlərinin həllinə həsr edilib. Monoqrafiyada vulkan mənşəli qatların arasında və bəzən də altında yatan çöküntü süxurlarının da neftli-qazlı olmasının mümkünlüyü və axtarış-kəşfiyyat işlərində böyük əhəmiyyət kəsb etməsi əsaslandırılıb. Kitab neftçilər, neft-qaz sahəsində çalışan alim və mütəxəssislər, həmçinin neft və qazın axtarış və kəşfiyyatı ilə məşğul olan yerli və xarici şirkətlərin nümayəndələri üçün nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1888.html