Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » D.Medvedev Bakıya rəsmi səfərə gəlir
02.09.10 18:02

Bu gün Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, eləcə də, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələləri müzakirə ediləcək. Rusiyanın dövlət başçısının köməkçisi Sergey Prixodko jurnalistlərə müsahibəsində bildirib ki, səfər zamanı dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq. S.Prixodko qeyd edib ki, Azərbaycan Rusiyanın dövlət sərhədi haqqında müqavilə bağladığı ilk ölkə olacaq.O, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələsinə də xüsusi diqqət ayrılacağını vurğulayıb. Rusiya prezidentinin köməkçisi bildirib ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. D.Medvedevin Azərbaycana səfər proqramı da açıqlanıb. Rusiya prezidenti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Sentyabrın 3-də Azərbaycan və Rusiya prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparacaqlar. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq. D.Medvedev Bakı Dövlət Universitetində də olacaq. Ona bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim ediləcək. Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bəzi regionların, o cümlədən Dağıstan və İnquşetiyanın rəhbərləri, iş adamları, o cümlədən, “Qazprom”un başçısı Aleksey Miller müşayiət edəcək.
URL / WWW
http://kelam.az/article/a-1887.html