Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Robert Qeyts gözlənilmədən İraqa səfər edib
02.09.10 03:06

Bu gün ABŞ-ın müdafiə naziri Robert Qeyts gözlənilmədən İraqa səfər edib. KƏLAMİNFO xarici KİV-lərə istinadən xəbər verir ki, səfərin əsas məqsədi amerikalı hərbçilərlə görüş keçirməkdir. Miluokidən havaya qalxan R.Qeytsin təyyarəsi Əl-Əsəd hərbi bazasında yerə enib. Miluokidə Amerika Legionunun üzvləri qarşısında çıxış edən Pentaqon rəhbəri bildirib ki, İraqda əməliyyatların hərbi fazası başa çatsa da, bu ölkədə problemin həllindən danışmaq hələ tezdir. Dünən ABŞ prezidenti Barak Obama İraqda hərbi əməliyyatların rəsmən başa çatdığını elan edib. Prezident də İraqda vəziyyətin qeyri-stabil olduğunu bildirib. Xatırladaq ki, avqustun əvvəllərindən başlayaraq İraqdan ABŞ hərbi kontingentinin çıxarılmasına start verilib.
URL / WWW
http://kelam.az/article/a-1885.html