Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MSK regionlarda ixtisaslaşdirilmiş kurslara start verib
01.09.10 17:06

Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən sentyabrın 3-dək prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. MSK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, kurslar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulub. Üç gün davam edəcək kurslarda MSK-nın üzvləri, məsul işçiləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaq, DSK sədrləri seminarlar keçirəcəklər. Qeyd edək ki, MSK 2007-ci və 2009-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib. Xatırladaq ki, cari il avqustun 23-dən 29-dək isə Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilib. Kursların sonunda DSK sədrləri Bakı və Abşeron rayonlarında təcrübə mübadiləsi aparıb, onlara sertifikatlar verilib.
URL / WWW
http://kelam.az/article/a-1884.html