Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BMT Azərbaycan hökumətinə minətdarlıq edib
02.09.10 03:03

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan hökümətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar Haiti Təcili Yardım Fonduna ayırdığı 500 000 min ABŞ dolları məbləğində maliyyə və böyük həə humanitar ehtiyaclara kömək etdiyinə görə öz minnətdarlığını bildirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Qeyd edək ki, Haiti Təcili Yardım Fondu - hər hansı bir qarşısı alınmaz fövqəladə hadisələr zamanı ölkədə fəaliyyət göstərən təşkilatlar və agentliklərə çevik şəkildə maliyyə yardımı göstərən birləşmiş fonddur. Baş vermiş zəlzələ ilə əlaqədar Fonda 82 milyon ABŞ dolları həcmində maliyyə yardımı edilib və həmin məbləğin 65 mln. ABŞ dolları insan həyatının xilas edilməsi əməliyyatlarında istifadə edilib.
URL / WWW
http://kelam.az/article/a-1883.html