Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » GUAM-ın turizm agentlikləri Tokioda turizm sərgisində iştirak edəcək
31.08.10 16:40

GUAM-ın katibliyində GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində turizmin inkişafı üzrə tərəflərin növbəti görüşü keçirilib. KƏLAMİNFO GUAM-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə təşkilatın Baş katibi V.Çeçelaşvili, proqramların əlaqələndiricisi S.Temirov, Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin İdarə rəisi A.Şenin, “Qermes Travel” turizm şirkətinin əməkdaşı xanım Q.Osipenko, Gürcüstan XİN-in əməkdaşı İ.Lomidze və digər şirkətlərin nümayəndələri iştirak edib. Yapon tərəfini isə görüşdə Yaponiyanın Ukraynadakı səfirliyinin əməkdaşı D.Kitade, Yaponiyanın Beynəlxalq əməkdaşlıq üzrə Agentliyinin nümayəndəsi xanım Y.Doi və Təkamül Turizmi İnstitutunun nümayəndəsi, professor T.Kobayaşi təmsil ediblər. Yapon nümayəndələri iclas iştirakçılarına Azərbaycan və Ukraynaya səfərlərinin yekunları barədə məlumat veriblər və yapon turistlərinin bu ölkələrə cəlb olunması üzrə turizm məhsulunun təkmilləşdirilməsinə dair məsləhətlərini veriblər. Tədbir çərçivəsində cari il iyul ayının 24-25-də Bakıda nazirlər səviyyəsində keçirilmiş Turizm üzrə İşçi Qrupunun iclasında qəbul olunmuş GUAM-ın birgə turizm məhsulunun yeridilməsi üzrə tədbirlər planı, sentyabrın 24-26-da Tokioda keçiriləcək JATA WTF 2010 Ümumdünya Turizm Sərgisində Turizm Agentliklərinin birgə iştirakı, Yaponiyada keçiriləcək seminar-treninqin tarixi, gündəliyi və formatı, Turizm üzrə İQ-nin növbəti iclasının gündəliyi müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-1882.html