Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gənc müəllimlər üçün nəzərdə tutulan güzəştlər artırılır
30.08.10 16:22

2010-2011-ci tədris ili üçün orta məktəblərin həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlərində işləmək istəyən pedaqoji ixtisaslı gənc mütəxəssislər sentyabrın 15-dək Təhsil Nazirliyinə müraciət edə bilər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
Nazirlər Kabinetinin cari ilin aprelində  imzaladığı “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında” yeni qərar əsasında gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılıb və ipoteka kreditlərinin verilməsi məsələsi nəzərdə tutulub.Güzəştlər dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti orta məktəbdə davam etdirən, pedaqoji məktəbi bitirən gənclərə şamil edilir. Gənclərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmət xərclərini ödəmək üçün 40 manat məbləğində kompensasiya veriləcək.
İşə yeni başlayanların yaşayış sahələrinə ehtiyacları ödəniləcək, torpaq sahələri ayrılacaq, ipoteka kreditləri veriləcək. Rayon mərkəzlərindən 20 km-dən çox məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayan hər bir müəllimə qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, onlara həm də 3 il müddətində 70 manat məbləğində aylıq əmək haqqına əlavə ödəniləcək. 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 manat maliyyə vəsaiti ödənilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-1876.html