Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » ABŞ səfirliyi Sumqayıt Kitabxanasına kitab hədiyyə edib
31.08.10 02:15

ABŞ-ın Azərbaycandakı səfirliyi Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ingilis dilində müxtəlif kitablar  hədiyyə edib. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, kitablar bir neçə gün əvvəl ABŞ Səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi B.Mayer ilə görüş zamanı əldə edilmiş razılıq əsasında verilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov ingilis dilində izahlı lüğətlər, ədəbi əsərlərin, amerikan müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş roman və hekayələrindən ibarət olan kitabların Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalara paylanacağını bildirib. Görüşdə həmçinin ABŞ səfirliyi ilə Sumqayıtın mədəniyyət müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə səylərin gücləndiriləcəyi qeyd olunub.
URL / WWW
http://kelam.az/article/a-1874.html