Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirdi
31.08.10 02:11

Bu gün 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından KƏLAMİNFO-ya verilən məlumata görə, imtahanında iştirak etmək üçün 30 min 671 abituriyent ərizə təqdim edib.
Budəfəki imtahanlarda 9 illik təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılan 9576 plan yerindən 8539-u Azərbaycan, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir. İmtahan Bakı ilə yanaşı Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçiriləcək. 1881 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 231 imtahan rəhbəri cəlb olunub. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan veriblər.Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dil fənnindən də biliklərini sınayıblar. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunub.
Qeyd edək ki, imtahanın nəticələri sentyabrın 5-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdiriləcək, qəbul olanların siyahısı “Abituriyent” jurnalında dərc olunacaq.
URL / WWW
http://kelam.az/article/a-1872.html