Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DİN-də seçkilərlə bağlı xüsusi tədbirlər planı hazırlanıb
27.08.10 16:54

Daxili İşlər Nazirliyində cari il noyabr ayının 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə daxili işlər nazirinin müavini Oruc Zalov verib. O.Zalov bildirib ki, həmin tədbirlər planı artıq yerli polis orqanlarına göndərilib. “Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı “exit-poll” keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb”,-deyən O.Zalov tədbirlər planının 2-ci bəndində noyabrın 5-dək 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışmasının nəzərdə tutulduğunu vurğulayıb. Nazir müavini onu da qeyd edib ki, Azərbaycan polisi həmişə gücləndirilmiş rejimdə işləyir.
URL / WWW
http://kelam.az/article/a-1868.html