Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » O.Zalov: “Bütün hallarda qanunsuz aksiyaların qarşısı alınacaq”
27.08.10 18:35

Yerli polis orqanlarına noyabrın 6-dək 18 yaşı tamam olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması tapşırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov jurnalistlərə müsahibəsində bildirib. O.Zalov seçki ərəfəsində kütləvi aksiyaların keçirilməsinə də münasibət bildirib. “Seçki kampaniyası zamanı kütləvi aksiyalar yerli icra orqanlarına xəbərdarlıq edildikdən sonra və həmin qurumların göstərdiyi konkret yerlərdə keçirilə bilər. Qalan bütün hallarda qanunsuz aksiyaların qarşısı alınacaq”-deyə O.Zalov vurğulayıb. O, sentyabrın 1-dən 9-dək Gəncə, Yevlax, Mingəçevir, Xaçmaz, Mingəçevir, Şirvan və Bakı şəhərinin Nərimanov rayonunda seçkilərlə bağlı polislər üçün zona seminar-məşğələləri keçiriləcəyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-1867.html