Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Moskvada milli kinomatoqrafiyaların forumu keçiriləcək
28.08.10 02:52

Avqustun 28-dən sentyabrın 3-dək Moskvada milli kinematoqrafiyaların XIV forumu keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, forumu Kinematoqrafçılar İttifaqları Konfederasiyası MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil edir. Tədbirin proqramına Azərbaycan, Belarus, Qazaxıstan, Litva, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Estoniya kinematoqraflarının 10 tammetrajlı bədii filmi daxil edilib. Azərbaycan rejissoru Rüstəm İbrahimbəyov “Kabusun gözü ilə” filmini təqdim edib. Mərkəzi Kino Evində keçiriləcək açılış mərasimində MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri Rüstəm İbrahimbəyov iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-1863.html