Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ETSN Binəqədi, Novxanı, Goradil və Fatmaidə cərimə tətbiq edib
27.08.10 16:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Binəqədi rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Binəqədi rayonu Novxanı çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Ş.Umudov, S.Allahverdiyev və İ.Əzimov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar. Goradil çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı T.Abdullayev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.Fatmai çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı F.Quliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub. Binəqədi rayonu Xəzər sahili ərazidə fəaaliyyət göstərən “Palm Beach” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunması üçün verilmiş “məcburi göstəriş”in icra edilmədiyinə görə iş icraçısı B.Əmirov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimələnib.
URL / WWW
http://kelam.az/article/a-1862.html