Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » S.Ohanyan: “Raketlər düşmənlərimizin strateji obyektlərinə yönəldiləcək”
27.08.10 02:15

Rusiyanın Azərbaycana satdığı S-300 raketdən müdafiə sistemləri, rəsmi Bakıya Dağlıq Qarabağ münaqişəsində “strateji üstünlük vermir”. Azərbaycan tərəfindən Dağlıq Qarabağa yaradılacaq təhlükə Ermənistan üçün yaranan təhlükəyə çevrilərsə şübhəsiz ki, Rusiya özünün müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərini yerinə yetirəcək. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. O, qeyd edib ki, yeni sazişə görə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Rusiya qoşunlarına əvvəlkindən daha geniş səlahiyyət verilir. “Saziş Ermənistan və Rusiya arasında strateji müttəfiqliyin uzunmüddətli xarakterini bir daha təsdiqləyir. O ki, qaldı Rusiyadan alınan raketlərə, bu Azərbaycanla Ermənistan arasında qüvvələr balansını ciddi şəkildə dəyişdirməyəcək. Ona görə ki, biz həmin sistemlərlə çox yaxından tanışıq. Xeyli vaxtdır ki, onları işlədirik. Biz belə sistemlərin effektivliyini azaltmağın yollarını bilirik. Gümri bazasında iki S-300 raketdən müdafiə sistemi batareyası var. 2007-ci ildən etibarən Rusiya erməni heyətinə S-300 sistemlərinin idarə edilməsi ilə bağlı treninqlər keçir. Azərbaycan hətta həmin sistemləri əldə etsə belə, onlara xidmət göstərmək üçün əlaqələndirilmiş radio-texniki sistemin qurulması xeyli vaxt aparacaq. Bizə Rusiyadan uzaq mənzilli, dəqiq vuran raketlər də veriləcək. Bunlar Ermənistana düşmən ölkələrin strateji obyektlərinə yönəldiləcək”,-deyə erməni nazir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1860.html