Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Şəkidə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş olub
27.08.10 02:12

Şəki şəhər İcra Hakimiyyətində builki qəbul imtahanlarında 500-700 bal toplayıb ali məktəblərə daxil olan gənclər və onların valideynləri ilə şəhər rəhbərliyinin görüşü olub. Şəki İcra Hakimiyyətindən (İH) KƏLAMİNFO-ya verilən məlumata görə, İH başçısının müavini Zərinə Cavadova bildirib ki, Şəki təhsili öz zəngin ənənələri ilə respublikada həmişə seçilib. O qeyd edib ki, Şəki məzunları ənənələrə sadiq qalaraq, ötən illərdə olduğu kimi, builki qəbul imtahanlarında da çox yüksək nəticələr əldə edib. Təhsil şöbəsinin müdir əvəzi Bəhyəddin Qüvvətov bildirib ki, bu il ümumtəhsil məktəblərini bitirən 1656 məzundan 1165 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan 517 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 90 nəfər 500-dən 600 baladək, 29 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
URL / WWW
http://kelam.az/article/a-1857.html