Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ə.Həsənov: “Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər”
25.08.10 17:58

“İşğalçı Ermənistanla Türkiyənin sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Hər iki halda bu, işğalçı rejimin bir az da olsa əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Biz bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov bununla bağlı Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: “Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan, prezident Abdullah Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq. Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun tələbi olsun, istər ATƏT-in, Avropa Şurasının, ya da hansısa fövqəldövlətin tələbi olsun“,-deyə PA-nın rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1856.html