Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Yeni Rusiya- Ermənistan hərbi razılaşması şübhə altındadır
25.08.10 17:56

Ermənistanın müxalifətdə olan partiyaları Rusiya ilə imzalanmış yeni hərbi razılaşmanı şübhə altında qoyurlar. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, Zharangutiun partiyasının sədr müavini Ruben Akopyan bildirib ki, ötən həftə Moskva ilə imzalanmış yeni müqavilənin Qarabağın təhlükəsizliyinə nə vəd etdiyi aydın deyil. Partiyanın parlamentdəki fraksiyasına rəhbərlik edən R.Akopyan, Stepan Səfəryan və həmçinin digərləri Ermənistandakı Rusiya bazasının müddətinin 2044-cü ilədək uzadılmasını məqsədyönlü saymır, bunun Ermənistanın maraqlarına uyğun olmadığını bildirirlər. Ölkədə daha böyük və nüfuzlu müxalifət partiyası hesab olunan Ermənistan Milli Konqresi isə bəyan edib ki, Rusiya Ermənistanda hərbi iştirakını ona görə uzadıb ki, Kreml prezident Serj Sarkisyan administrasiyasına uzunmüddətli və etibarlı tərəfdaş kimi baxmır. Partiya ümumilikdə bu razılşamanı müsbət qarşılayır. Rusiyanın Azərbaycana S-300 raket kompleksi satmaq planına gəldikdə isə hər iki partiya bildirib ki, əgər bu baş tutsa, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı götür-qoy etməlidir.
URL / WWW
http://kelam.az/article/a-1855.html