Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ə.Həsənov: “Seçkilərin işıqlandırılmasında bütün imkanlardan istifadə olunacaq”
25.08.10 03:11

“Noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir administrativ resursdan istifadə olunmayacaq”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Seçkilərin mediada əks etdirilməsi” mövzusunda keçirilən Dəyirmi masada çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə. Həsənov qeyd edib ki, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsində göstərilən bütün imkanlardan istifadə olunacaq. “Özəl mətbuatın seçkilərdə fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmayacaq. İTV-də bütün namizədlərə şərait yaradılacaq. Biz bu prosesin şəffaf keçirilməsini istəyirik. Təəssüflər olsun ki, seçki prosesi ilə seçkidən sonrakı vəziyyət fərqlidir. Seçki prosesində hamı prosesin normal olduğunu deyir. Nəticələr açıqlanandan sonra isə qalib gələ bilməyənlər deyir ki, saxtakarlıq, problem var”,-deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1852.html