Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Rusiyanın Cənubi Qafqazda hərbiləşməsi İranla bağlıdır”
24.08.10 16:04

Cənubi Qafqazda, xüsusilə də Ermənistanda rus hərbi bazasının saxlanması və yeni texnika ilə təchiz olunması daha çox İran ətrafında baş verən son olaylarla əlaqəlidir. Rusiya bununla regionda manfelərini sığortalayır. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Müharibə Elmləri Akademiyasının professoru, tanınmış hərbi ekspert Anatoli Tsiqanov bildirib. Onun fikirincə, regionda baş verəcək yeni müharibədə Rusiya öz nüfuzunu biruzə vermək istəyir. “Mən ABŞ və İsrailin yaxın günlərdə İrana qarşı ciddi hərbi hücumlara başlayacağına əminəm. Ermənistandakı baza və raketlərlə Rusiya məhz bu hadisələrdə özünü qarantiyə alır”,-deyə ekspert bəyan edib. A.Tsiqanov qeyd edib ki, Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, tanınmamış qurumdur. “Ona görə də, bu regionda da yenidən müharibə başlayarsa Rusiya bu məntiqlə hərəkət edər. Lakin, konkret olaraq Ermənistanın özünə hansısa raket hücumları olarsa, o zaman nəinki Rusiya, KTMT-ə üzv ölkələrin hamısının müdaxilə etməsi realdır. Çünki, bununla bağlı rəsmi razılaşma da var”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1851.html