Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan ən çox kompüter virusuna məruz qalan ölkələrdəndir
25.08.10 02:01

Dünya ölkələri arasında kompüter virusunun hücumuna ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. KƏLAMİNFO xəbər verir ki, bunu beynəlxalq AVG İnternet təhlükəsizliyi şirkəti bəyan edib. Şirkətin apardığı yeni təhqiqat göstərib ki, Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan onlayn təhlükələrə ən çox məruz qalan ölkələrdir. İnternetdən ən təhlükəsiz istifadə edən ölkələr isə Yaponiya və Tayvandır. Ancaq internetdən istifadə üçün ən təhlükəsiz 10 ölkədən yeddisi Afrikadadır. Qitələrdən isə Cənubi Amerika ən təhlükəsiz, Şimali Amerika isə ən təhlükəlisidir. Bütün dünya üzrə isə onlayn olarkən virus hücumlarına məruz qalma riski bir gündə hər 73 halda 1 dəfədir.Bu tədqiqat 144 ölkə üzrə və 100 mliyon kompüter üzərində aparılıb.
URL / WWW
http://kelam.az/article/a-1848.html