Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AVCİYA fəaliyyət proqramını təqdim edəcək
24.08.10 00:45

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahı Milli Məclisə keçiriləcək seçkilərlə bağlı fəaliyyət proqramının ikinci mərhələsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AVCİYA-nın mətbuat xidmətindən veriblər.
Tədbirdə AVCİYA-nın reqional nümayəndəliklərinin rəhbərləri, rayonlar üzrə koordinatorları, həmçinin siyasi partiya, QHT, habelə beynəlxalq təşkilatların Bakı nümayəndəliyinin təmsilçiləri, KİV nümayəndələri və müstəqil ekspertlər iştirak edəcəklər.
Qeyd edək ki, təqdimat mərasimi avqustun 27-də saat 12-00- da “Ambassador” otelinin konfrans zalında keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-1847.html