Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq
24.08.10 02:44

Üçüncü çağırış Milli Məclisin sonuncu payız sessiyası öz işinə sentyabrın 30-da başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentin mətbuat katibliyindən veriblər.
Parlamentin komitələri isə sentyabrın 15-də fəaliyyətə başlayacaq. Komitələrdə payız sessiyasının gündəliyinə çıxarılacaq qanun layihələrinə baxılacaq, iş planı müəyyən ediləcək.
Payız sessiyasında müzakirə olunacaq əsas sənədlərdən biri “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaq. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavə və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-1846.html