Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “İranın bəyanatları regionu müharibə ocağına çevirəcək”
23.08.10 18:42

İranın son günlər əldə etdiyi texniki-hərbi nailiyyətlərlə İsrailə qarşı meydan oxuması, tez-tez təkrarladığı hədələyici və qıcıqlandırıcı ritorik bəyanatları regionu təhlükəli müharibə ocağına çevirəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıqov açıqlama verib.
O, bildirir ki, İran günü-gündən sanksiyalardan çıxış yolları axtarmaq əvəzinə, əksər güc dövlətlərinə hədələyici bəyanatlar göndərməklə vəziyyəti alt-üst edir. “İranın Rusiyanın köməyi ilə inşa etdiyi Atom Elektrik Stansiyasının (AES) əslində o qədər də hərbi potensiala aidiyyatı yoxdur. Bu mülki sahədə enerji resurslarının artmasına xidmət edir. Amma, İran bunu dolayısı ilə hərbi zərbəsinin artırılması kimi nümayiş etdirir və İsrail-ABŞ birliyinə meydan oxuyur. Bunun ardınca da, pilotsuz bombardımançı təyyarələrin nümayişi heç də başda İsrail olmaqla, digər Qərb ölkələrini ona qarşı sakit qoymayacaq. Bu siyasət istənilən halda İran hakimiyyətinin süqutuna, regionda isə həddindən artıq gərginliyə səbəb olacaq. Onsuzda hazırda regionda Abxaziya və Osetiya, Azərbaycan və Ermənistan münaqişəsi kimi ciddi gərginliklər yaşanmaqdadır. İranın oynadığı növbəti oyun bu münaqişələrin də arzuolunmaz istiqmətdə alovlanmasına apara bilər. Başlıca olaraq İranın göstərdiyi şoular İsraillə olan gərginliyi nəinki yatırtmaq, əksinə son həddə çatırır ki, regiona hərbi müdaxilə olunsun. İsrail də bunu təkbaşına etməyəcək, ilk olaraq ABŞ-la məsləhətləşəcək və bütün imkanlarda ona arxalanacaq. Hər şey Vaşinqtonun əlində cəmləşir və onun məsələyə münasibətindən asılı olacaq. Hazırkı münasibət isə, heç də ürəkaçan istiqamətə inkişaf etmir”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1842.html