Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün Maestro Niyazinin doğum günüdür
20.08.10 17:13

Bu gün dünya şöhrətli azərbaycanlı musiqiçi Maestro Niyazinin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, SSRİ və Azərbaycanın xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə- Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində məhşur bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb. “Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik müğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir. Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində dünyasını dəyişib.
URL / WWW
http://kelam.az/article/a-1838.html