Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK-ya məscid tikintisi ilə bağlı çoxlu müraciətlər daxil olur
21.08.10 03:13

Ölkədə dini ibadət ocaqları, o cümlədən məscidlər, sinaqoqların inşası, bərpası və təmiri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) mütəmadi müraciətlər daxil olur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində DQİDK-nin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov söyləyib. Cari il təkcə İçərişəhər Məhəmməd məscidinin təmiri ilə bağlı layihəyə DQİDK tərəfindən müsbət rəy verildiyini xatırladan S.Aslanov qeyd edib ki, digər müraciətlər də Komitənin nəzdində yaradılan yeni Şura tərəfindən araşdırılır. Onun sözlərinə görə, sənədlərində noqsanlar olduğu üçün bir neçə müraciət geri qaytarılıb. S.Aslanov qeyd edib ki, geri qaytarılan müraciətlərdəki nöqsanlar aradan qaldırıldıqdan sonra həmin müraciətlərə qurum tərəfindən yenidən baxıla bilər. Qeyd edək ki, dini ibadət ocaqlarının tikilməsi, təmiri ilə bağlı Komitəyə nə qədər müraciətin daxil olduğu barədə məlumat verilməyib. Xatırladaq ki, bir neçə ay öncə dini ibadət yerinin tikintisi və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpası, əsaslı təmiri) məqsədəuyğunluğunu daha obyektiv araşdırmaq üçün DQİDK sədri yanında Şura yaradılıb.
URL / WWW
http://kelam.az/article/a-1836.html