Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan Media Kataloqu”nun yeni nəşri hazırlanır
21.08.10 03:12

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Azərbaycan Media Kataloqu”nun yeni nəşrini çapa hazırlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan bildirilib. Yeni nəşr forma və məzmununa görə, əvvəlkindən xeyli fərqlənəcək. Belə ki, bu nəşrə regionlarda çap olunan və ya informasiya texnologiyaları vasitəsilə yayımlanan bütün informasiya daşıyıcıları haqqında məlumatlar daxil ediləcək. Bununla yanaşı, ilkin nəşrə daxil edilən materialların zənginləşdirilməsi, mərkəzi mətbu orqanların regional büroları haqqında məlumatların əlavə edilməsi, həmçinin KİV sahəsində fəaliyyət göstərən QHT-lər haqqında informasiyaların yeni nəşrə daxil edilməsi nəzərdə tutulur. Kataloqda nəşrin fəaliyyət tarixi barədə qısa məlumat, baş redaktorları və struktur bölmələri haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində olacaq. SAMF materialların zənginləşdirilməsinə yardımçı olacaq hər bir media təmsilçisinə əvvəlcədən öz təşəkkürünü bildirir.
URL / WWW
http://kelam.az/article/a-1835.html