Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İnstitutlar arasında müqavilə imzalanıb
19.08.10 19:07

AMEA İqtisadiyyat İnstitutu ilə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi–Tədqiqat İnstitutu arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Müqaviləni İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev imzalayıb. Qeyd edək ki, müqavilədə bir sıra sahələr üzrə birgə elmi layihə və tədqiqatların həyata keçirilməsi, elmi kadrların hazırlanması, həmçinin elmi-praktiki müşavirə, simpozium, konfrans və seminarların keçirilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-1833.html