Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Sabah Bakıda xaricdə təhsil alan azərbaycanlıların forumu keçiriləcək
20.08.10 02:06

Sabah Bakıda xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin VIII Beynəlxalq forumu keçiriləcək. Forum Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. İki gün davam edəcək Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışmaq səylərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini yaratmaqdır. Tədbirin birinci günü çıxışlar, məruzələr dinləniləcək, qruplarda müzakirələr aparılacaq. Forumun ikinci günü isə Azərbaycanın gözəl guşələrindən olan Qəbələyə səyahət təşkil olunması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1830.html