Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan viza rejimi ilə bağlı işləri sona çatdırmaq niyyətindədir”
18.08.10 20:02

Türkiyə Azərbaycanla viza rejiminin ikitərəfli əsasda aradan qaldırılmasında maraqlıdır. Hazırda bu proses Azərbaycanda daxili prosedurlar səbəbindən uzanır. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib. O, qeyd edib ki, Ankara müxtəlif ölkələrlə viza rejiminin ləğv edilməsi üçün səylər göstərir və indi Azərbaycanla bu istiqamətdə işləri sona çatdırmaq niyyətindədir. “İki il bundan öncə Türkiyə türkdilli ölkələr üçün birtərəfli qaydada viza rejimini aradan qaldırıb. Bundan sonra Qazaxıstan bizim vətəndaşlarımız üçün viza rejimini aradan qaldırdı. Yaxın vaxtlarda Qırğızıstanla bu sahədə işlər yekunlaşdırılacaq. Azərbaycanla da bu istiqamətdə danışıqlar davam etdirilir”,- deyə nazir açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1828.html