Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DİP seçkilərdə iştirak edəcək namizədlərini dəqiqləşdirir
19.08.10 03:02

Demokratik İslahatlar Partiyası (DİP) növbəti parlament seçkilərində iştirak edəcək namizədlərin dəqiqləşdirilməsi üzərində iş aparır. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində DİP-in mətbuat xidmətinin rəhbəri Ülkər İsmayılqızı söyləyib. O qeyd edib ki, partiya çalışacaq ki, seçkidə iştirak edəcək namizədlər seçki dairələrinin çoxunu əhatə etsin. Seçkilərlə əlaqədar müşavirə, görüşlər və digər aksiyaların keçirildiyini diqqətə çatdıran Ü.İsmayılqızının sözlərinə görə, çalışırlar ki, seçkidə xalq arasında tanınmış, xüsusilə vətəndaşların etimadını qazana biləcək namizədlər iştirak etsin. Parlament seçkilərində namizədlərin vahid platforma ilə çıxış edəcəklərini açıqlayan Ü.İsmayılqızı hazırda sözügedən platforma, plakatlar, bukletlər, onların dizayn işi, media ilə əlaqələrin necə qurulması üzərində iş aparıldığını qeyd edib. Seçkidə nə qədər namizədin iştirak edəcəyinə gəlincə, Ü.İsmayılqızı bildirib ki, bu barədə hələlik dəqiq məlumat yoxdur. O, hazırda yerlərdən namizədlərin adlarının Mərkəzi Aparata daxil olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1824.html