Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » FHN yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir
17.08.10 19:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir, yay mövsümü ilə əlaqədar əhalinin böyük bir hissəsinin bağ evlərində istirahət etdiyini nəzərə alaraq əhali arasında yanğına qarşı təbliğat xarakterli söhbətlər aparır. FHN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin bağ massivlərində apardığı növbəti yanğın təhlükəsizliyi tədbirində yaşayış evlərinin, mülkiyyət formasından asılı olmayaraq obyektlərin ərazilərinin saxlanılmasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasına baxış keçirilib, həyətyanı sahələrin yanar materiallardan daim təmizlənməsinə, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılan konteynerlərə yığılmasına və vaxtında daşınıb aparılmasına diqqət yetirilib, bu istiqamətdə maarifləndirici söhbətlər aparılıb. Bağ massivlərində keçirilən növbəti yanğın təhlükəsizliyi tədbirində xüsusi avtonəqliyyat vasitələri, xüsusən də yanğın avtomobillərinin evlərə sərbəst yaxınlaşmasına sakinlər tərəfindən yaradılan maneələr müəyyən edilib. Dövlət Yanğın Nəzarəti Xidmətinin bağ massivlərində apardığı növbəti tədbirdə müvafiq icazələr olmadan dirəklərin, şlaqbaumların quraşdırılmasının, keçidlərin bağlanmasının yanğın hadisələri zamanı yanğın avtomobillərinin hərəkətinə, çevik manevr etməsinə maneçilik törətməsini nəzərə alaraq həmin maneələrin ləğv edilməsi üçün əməli tədbirlər görülüb. Hazırda bu istiqamətdəki fəaliyyət davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-1817.html