Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Göyçaylı məzun ali məktəbə imtahansız qəbul olunub
17.08.10 19:25

Cari il Göyçay rayonu orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 285-i tələbə adını qazanıb. KƏLAMİNFO xəbər verir ki, tələbələrdən 3-ü 600-dən yuxarı bal toplayıb. Rayon təhsil şöbəsindən bildiriblər ki, ən yüksək nəticəni şəhər 1 nömrəli orta məktəbin məzunu P.Bağırova əldə edib. O, imtahanda 650 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. İdman sahəsindəki göstəriciləri “Təhsil haqqında” yeni qanunun tələblərinə uyğun gələn Göyçay şəhər 1 nömrəli orta məktəbin məzunu M.Məmmədli isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müsabiqədənkənar, yəni imtahan vermədən qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-1815.html