Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” veriləcək
17.08.10 03:30

Azad İstehlakçılar Birliyi (AİB) Hacıqabul, Neftçala, Salyan, Saatlı və Sabirabad rayonları ərazisində fəaliyyət göstərən növbəti 5 bələdiyyəyə “Məlumat lövhəsi” verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AİB sədri Eyyub Hüseynov verib. E.Hüseynov bildirib ki, sözügedən lövhələri Avropa Komissiyasının dəstəyi və AİB-in həyata keçirdiyi “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində “Konterpark İnternational” təşkilatı verəcək. Onun sözlərinə görə, “məlumat lövhələri“ndə AİB-in treninq keçmiş əməkdaşları ilə birlikdə bələdiyyələrin sosial inkişaf planları, büdcəsi, iclasları, ümumilikdə onların fəaliyyəti haqqında məlumatlar yerləşdiriləcək. Xatırladaq ki, bundan əvvəl AİB adı çəkilən rayonların digər 5 bələdiyyəsinə “məlumat lövhələri“, 10 bələdiyyəyə isə kompüter dəsti hədiyyə edib.
URL / WWW
http://kelam.az/article/a-1808.html