Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Telefon Məlumat Mərkəzinə 4100-dən çox müraciət daxil olub
16.08.10 17:24

Cari ilin iyul ayı ərzində İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 430-dan çox müraciət daxil olub. İİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətlər əsasən, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərilə bağlı olub. Ümumilikdə isə, bu ilin əvvəlindən Telefon Məlumat Mərkəzinə 4100-dən çox müraciət daxil olub. Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunan müddətdə baxılıb və nəticəsi barədə müraciətçilərə məlumat verilib. Qeyd edə ki, Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi 2009-cu ilin 1 sentyabr tarixində fəaliyyətə başlayıb.
URL / WWW
http://kelam.az/article/a-1806.html