Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün prezident Abdullah Gül Azərbaycana rəsmi səfərə gəlir
16.08.10 20:27

Bu gün Türkiyə prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, iki günlük səfər zamanı A.Gül, Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək. Türkiyə prezidentinin Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli aktual məsələlər, hər iki ölkəyə aidiyyəti olan regional və qlobal proseslər hərtərəfli müzakirə olunacaq. A.Gülü müşayiət edəcək nümayəndə heyətinə enerji və təbii ehtiyatlar naziri, Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının həmsədri Taner Yıldız və digər rəsmi şəxslər daxildir. İki gün Azərbaycanda olacaq Türkiyə prezidentinin Şəki rayonuna səfəri də nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1805.html