Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Professor Qəzənfər Paşayev:
19.10.09 14:58

Mən Hacı Mirəzizi 1977-ci ildən tanıyıram. Astarada onunla tanış olunda ruhani haqqında fikrim dəyişdi. Sonralar gördüm ki, o, cəhalətdən, xürafatdan kənar olan bir şəxsdir. O, həm də şairdir. Din xadimlərinin şairliyi elə-belə deyil. Ümumiyyətlə qəzəl janrını Bakı ətrafı və cənub bölgəsi qoruyub saxlayıb. Qərb bölgəsində isə qəzəl yazan tapmaq bir az çətindir. Hacı Mirəzizin qoşmalarını oxuyanda dəhşətə gəldim. Əgər rəhmətlik Hüseyn Arif sağ olsaydı, deyərdi ki, başın haqqı bu Qazaxdandır, bizim adamdır, qoşma yazır… Hacı Mirəzizin qüdrətinə baxın ki, eyni səviyyədə qəzəlləri, qəsidələri, rübailəri, və qoşmaları var. Onun bu yaxınlarda işıq üzü görən, «Divan»ı məni bir daha sevindirirdi. Klassik ədəbiyyatın əksər janrlarından böyük məharətlə istifadə edib qələmə aldığı  qəzəl, qəsidə, rübai, müstəzad, mürəbbe, müxəmməs, müsəddəs, tərkibbənd, tərcibənd, müəşşər və s. şeir formaları məni yenidən məhəbbət bəhrinə saldı. Böyük zövq aldım, cavanlaşdım.
Altımış yaşlı, qəlbi cavan, şair dostumu yubiley münasibəti ilə təbrik edir, ona yeni-yeni elmi nailiyyətlər arzulayıram. 70 yaşda görüşənədək…
URL / WWW
http://kelam.az/article/a-18.html