Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ məlumat yayıb
14.08.10 15:22

Qafqaz Müsəlmanaları İdarəsi (QMİ) mollaların attestasiyası ilə əlaqədar bir sıra KİV-lərdə yer alan yazılarala bağlı məlumat yayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər.
Məlumatda qeyd olunub ki, mollaların attestasiyası ilə bağlı Qazilər Şurasının son iclasında idarə sədrinin səsləndirdiyi fikirlərdən sonra mətbuatda yer alan qərəzli, qeyri-obyektiv fikirlərə cavab olaraq bildirilir ki, bütün sahələrdə çalışan mütəxəssislər arasında olduğu kimi, din xadimlərinin attestasiyası da onların öz vəzifələrini həyata keçirməyə yararlığını müəyyən etməyə xidmət edən idarədaxili tədbirdir.“QMİ 1975-ci ildən etibarən mütəmadi həyata keçirdiyi attestasiya prosesini bundan sonra da davam etdirəcək. QMİ-nin Qazilər Şurasının son iclasında tövsiyə olunan attestasiyanın əvvəlkilərdən fərqi onun QMİ-nin səlahiyyətli komissiyası tərəfindən səyyar şəkildə bölgələrdə təşkil olunmasında və bu prosesdə əvvəllər attestasiyadan keçməyən yeni iddiaçıların iştirakının planlaşıdırılmasındadır. QMİ dini mərkəz olaraq bəzi üzdəniraq şəxslərin din xadimi adına xələl gətirən dələduz əməllərinin insanların heysiyyatına toxunmasını, habelə hörmətli din xadimlərinin nüfuzdan düşməsinə gətirib çıxarmasını milli mənəviyyatımız üçün zərər vuran bir hal kimi dəyərləndirir”,-deyə məlumatda əlavə olunub.
Attestasiyanın qərəzsiz, şəffaf keçirilməsi idarə tərəfindən təmin olunacaq. Bu baxımdan, attestasiya prosesi yalnız öz dini savadına arxayın olmayan iddiaçıları narahat edə bilər.
URL / WWW
http://kelam.az/article/a-1799.html