Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta ixtisas məktəblərinə qəbul imtahanı avqustun 29-da keçiriləcək
13.08.10 19:41

Cari tədris ili üçün ümumi orta ixtisas bazasından (9 illik) orta ixtisas məktəblərinə ərizə qəbulu başa çatıb və avqustun 29-da ərizə verənlərin qəbul imtahanları keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə verib.TQDK sədri bildirib ki, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda artıq iştirak ediblər. “Seçmə turlar ilk dəfə olaraq TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilib. İmtahanında iştirak etmək üçün 30660 abituriyent ərizə verib. Burada 623 ixtisas üzrə 47 orta ixtisas məktəblərinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan, 242-i rus bölməsinə, 795 yer isə birgə müsabiqə aparılan ixtisaslara aiddir. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədə, Göyçay və Quba şəhərlərində aparılacaq”,-deyə M.Abbaszadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1794.html