Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK qəbul olanların əmrlərini avqustun 25-dən göndərəcək
13.08.10 19:41

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari il avqustun 25-dən etibarən bütün ali məktəblərə daxil olan abituriyentlərin əmrlərini göndərəcək. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib.
O, qeyd edib ki, I ixtisas qrupunda ali məktəblərin 9514 plan yerinə 9291, II qrupda 7348 plan yerinə 7292, III qrupda 9855 plan yerinə 8562, IV qrupda 3793 plan yerinə 3592  abituriyent daxil edilib. “Ümumilikdə ayrılan 30 510 plan yerinə 28 737 abituriyent qəbul olunub. Özəl ali məktəblər üzrə təqdim olunmuş 4561 plan yerindən 1158-i vakant qalıb. Bütün ali məktəblər üzrə boş qalan plan yerlərinin əksəriyyəti, yəni 1293 yerdən 1158-i özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır”,-deyə TQDK sədri bəyan edib. M.Abbaszadə onu da qeyd edib ki, bu il orta ixtisas təhsili müəssisələrinə müsabiqə zamanı bəzi ixtisaslar üzrə formalaşmış keçid balları ali təhsil müəssisələrinin müəyyən ixtisaslarından daha yüksək olub. “Buna misal kimi onu deyə bilərəm ki, Maliyyə-İqtisad Kollecinin “Bank işi” ixtisası üzrə minimal keçid balı 369 bal, 2 saylı Bakı Baza Tibb Kollecinin “Ortopedik stomatologiya” ixtisası üzrə minimal keçid balı 396 bal, Bakı Sosial Pedaqoji Kollecinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə minimal keçid balı 268 olub”,-deyə sədr əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1793.html