Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » M.Abbaszadə: “Tələbələr qeydiyyatdan keçməkdə passivdir”
13.08.10 19:41

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas məktəblərinə qəbulla bağlı həftəlik mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı ilə bağlı məlumat verib.M.Abbaszadə ali məktəblərə qəbul olunanların qeydiyyat prosessində aktv olmamaları barədə narahatçılığını ifadə edib. “Bu günə kimi ali məktəblərə qəbul olunanların cəmi 68%-i qəbul olduqları təhsil ocaqlarında qeydiyyatdan keçib. Nəzərə alsaq ki, onların bu ayın 18-dək vaxtları var. Qeydiyyatdan keçmək üçün beş gün vaxt var. Bunu sonuncu günə saxlamaq lazım deyil. Əgər hansısa qəbul olan tələbə qeydiyyatını son günə saxlayırsa, müəyyən sənədlərin toplanmasında ona problem yarana bilər və onda artıq gec ola bilər. Yüksək nəticə göstərib qəbul olanlar, nədənsə qeydiyyatdan keçməkdə passifdirlər”,-deyə TQDK sədri vurğulayıb.
M.Abbaszadə qeyd edib ki, bu il ali məktəblərə sənəd verən abituriyenlərin 65%-i cari ilin orta məktəb məzunlardır. “Bu, təxminən, 65000 gənc deməkdir. Həmin məzunların 50%-i 0-200 arası, 8%-i isə 500-700 bal arası nəticə göstərib. Bu məzunlar mərkəzləşdirilmiş imtahanlardan keçib və attestat alıblar. Biz attestat alan gənclərin 200-dən çox bal toplayacağını gözləyirdik. Çünki 200 bal minimum keçid balıdır. Ümumilikdə isə, ali məktəblərin qəbul aparılan 30 457 plan yerinə 27 700 nəfər qəbul olunub. Azərbaycan bölməsi ali təhsil müəssisələrinə bölmələr və qruplar üzrə plan yerləri 30510 olduğu halda, 28737 yerə qəbul aparılıb”,-deyə sədr əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1792.html