Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil müəssisələri dövlət elektron məlumat sisteminə qoşulacaq
13.08.10 19:41

Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, bununla əlaqədar nazir Misir Mərdanovun xüsusi göstərişi olub. 
Göstərişdə qeyd olunub ki, bununla əlaqədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidir. Ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirmək və məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə bildirilib ki, qeyri-dövlət və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali (orta ixtisas) təhsil müəssisələrinə başqa müəssisələrdən və ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbələrin köçürmələri və xarici ölkə təhsil müəssisələrindən xaric olunanların bərpası Təhsil Nazirliyi, başqa nazirlik, komitə, idarə və təşkilatların tabeliyində olan ali (orta ixtisas) təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcək.
Qeyd edək ki, köçürülmələr barədə məlumat bir həftə müddətində Təhsil Nazirliyinə təqdim edilməlidir.
URL / WWW
http://kelam.az/article/a-1791.html