Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Beynəlxalq görüş-seminar keçiriləcək
14.08.10 02:41

Cari ilin 16-20 avqust tarixlərində Bakı şəhərində yerli və əcnəbi yaradıcı gənclərin iştirakı ilə “Gənclər bu gün” adlı beynəlxalq görüş-seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Tədbirdə teatr, kino və moda sahələri üzrə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Belarusdan da yaradıcı gənclər iştirak edəcək. Seminar müddətində qeyd edilən sahələr üzrə müzakirələr aparılacaq, sərgilər və moda nümayişi təşkil olunacaq, filmlər göstəriləcək. Bundan başqa yerli və əcnəbi mütəxəssislərin gənclərlə ustad dərsləri planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-1788.html