Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəbə qəbul olanların qeydiyyat vaxtı müəyyənləşib
14.08.10 02:39

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçmə vaxtları müəyyənləşib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar cari il avqustun 9-dan 18-dək, ali məktəblərin boş qalan (vakant) yerlərinə qəbul olanlar isə, avqustun 13-dən 20-dək qəbul olduqları müəssisələrdə qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar da avqustun 11-dən 20-dək qeydiyyatdan keçməlidirlər. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti isə, avqustun 16-dan 31-dək müəyyənləşib. Göstərilən müddətdə qeydiyyatdan keçməmək, həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
URL / WWW
http://kelam.az/article/a-1787.html