Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da “Türkiyə siyasəti” müzakirə olundu
14.08.10 02:36

ABŞ-da yüksək rütbəli rəsmilər Türkiyə siyasətini müzakirə ediblər. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın dövlət katibi Hillari Klinton, Dövlət Departamentinin rəsmisi Mark Toner, dövlət katibinin köməkçisi Filip Qordon və bir sıra rəsmi şəxslər də iştirak edib.
Dövlət Departamentinin rəsmisi Mark Toner jurnalistlərə bildirib ki, ABŞ-ın xarici siyasətində önəmli olan dövlətlər haqqında tez-tez belə tədbirlər keçirilir və Türkiyədə onlardan biridir. Görüşdə hansı mövzuların müzakirə olunduğunu gizli saxlayan Mark Toner “İran mövzusu gündəmə gəldimi” sualına cavab verməkdən imtina edib. ABŞ rəsmisi həmçinin PKK ilə mübarizədə Türkiyə və İraq hökümətiylə birgə olduqlarını bildirərək “PKK ortaq düşmənimizdir”,-deyə bildirib.
URL / WWW
http://kelam.az/article/a-1786.html