Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hansı jurnalistə mənzil verilməsini müəyyən edən komissiya yaradılacaq
14.08.10 02:34

Jurnalistlər üçün evlərin tikilməsi prosesi üzərində iş gedir. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.
Ə.Amaşov tikiləcək mənzillərin kimlərə verilməsinə də münasibət bildirib. O qeyd edib ki, müəyyən prosedur qaydalar var və onlar həll olunandan sonra mənzillərin kimlərə veriləcəyi məlum olacaq. Onun sözlərinə görə, bu barədə ümumi rəyə gəlmək lazımdır. O, sözügedən məsələ ilə bağlı hələlik hər hansı təkliflərin hazırlanmadığını da vurğulayıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə deyib ki, sözügedən məsələ ilə bağlı hazırda müzakirələr gedir. Onun sözlərinə görə, müzakirələr mənzillərin tikilməsi üçün torpaq sahəsinin ayrılması və digər məsələlər üzərində aparılır. Mənzillərin kimlərə verilməsinə gəlincə, V.Səfərli bildirib ki, bu, sonrakı məsələdir və bununla bağlı müvafiq komissiya yaradılacaq. Onun sözlərinə görə, mətbuata bu barədə geniş məlumat verilcək.
URL / WWW
http://kelam.az/article/a-1781.html