Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Müqəddəs Ramazan ayı başladı
12.08.10 03:23

Bu gündən bütün İslam aləmi üçün müqəddəs Ramazan ayı başlayıb. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanma ərəfəsində verdiyi fətvada qeyd olunub ki, bu il Orucluq bayramı miladi təqvimlə sentyabrın 9-u və ya 10-na təsadüf edəcək. Fətvada bildirilib ki, Allah yolunda orucluq tutanların Allah-Təala yanında ərci böyükdür: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi… Həzrət Mühəmmədin (s) mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir”. QMİ Ramazan ayında oruc tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Oruc və namaz vaxtları ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.Qeyd edək ki, min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən biri sayılır. Oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir. İslam dinində müqəddəs ay sayılan Ramazanda müsəlmanlar pəhriz saxlayırlar. Ona görə də Ramazana “ağlın nəfsə qalib gəldiyi ay” da deyilir. Xatırladaq ki, Ramazan ayında səfərə çıxanlar oruc tutmadığı günün əvəzini (fidyə) başqa günlərdə ödəyə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-1774.html