Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-nın şöbə müdiri Ədalət Həsənov İtaliyaya gedəcək
12.08.10 02:23

Avqustun 18-də AMEA-nın Xarici əlaqələr şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Ədalət Həsənov İtaliyaya səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Ə.Həsənov özü söyləyib. O qeyd edib ki, səfərində məqsəd, İtaliyanın Palermo şəhərində keçiriləcək Beynəlxalq Elm Federasiyasının iclasında iştirak etməkdir. Ə.Həsənov bildirib ki, ildə bir dəfə ənənəvi olaraq keçirilən iclasa dünyanın çoxsaylı ölkələrindən alimlər qatılır. Onun sözlərinə görə, iclasda il ərzində görülən işlərin hesabatı dinləniləcək, beynəlaxalq əməkdaşlıq, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə ediləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-1768.html