Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BQXK: “M.İbrahimovun meyitinin geri qaytarılmasıüçün iş aparılır”
11.08.10 03:49

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitinin geri qaytarılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi mütəmadi iş aparır. Bu barədə məlumatı KƏLAMİNFOy-a müsahibəsində BQXK-nin Bakı ofisinin şöbə müdiri İlahə Hüseynova verib. “Şəhidin meyitinin geri qaytarılması ilə bağlı Azərbaycanın müvafiq dövlət orqanları bizə müraciət edib. Biz həmin müraciəti Ermənistan tərəfinə ötürmüşdük və aldığımız cavabı da müvafiq dövlət orqanlarına çatdırmışıq. Bundan sonra da gündəlik işimizi davam etdirəcəyik”,-deyən İ.Hüseynova bildirib ki, məsələ ilə bağlı onlara yenidən müraciət olmayıb, ancaq bu məsələ ilə bağlı gündəlik və ardıcıl məşğul olurlar.O, şəhidin şəkillərinin internetdə yayımlanmasından sonrakı fəaliyyətləri barədə də danışıb və qeyd edib ki, həmin məsələ BQXK-nin Cenevrədəki qərargahı və Ermənistandakı nümayəndəliyi ilə bölüşdürülüb. “Yəni bizdə məlumat bölgüsü deyilən prinsip var. Biz də həmin məlumatı bölüşdürmüşük. Amma mən deməmişdim ki, biz, bununla bağlı hansısa müraciət etmişik. Bu, bizim gündəlik işimizin vacib məsələsidir”,-deyə İ.Hüseynova qeyd edib. Xatırladaq ki, M.İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə M.İbrahimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-1767.html