Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Xətai rayonunda parkda yaradılan şəraitlə tanış olub
11.08.10 02:49

Bu gün prezident İlham Əliyev Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, parkın ərazisi 2,3 hektardır və onun 1,5 hektarı yaşıllaşdırılıb. Burada 5 min müxtəlif ağac və gül kolları əkilib, əyləncə qurğuları, kölgəliklər quraşdırılıb, uşaq oyun kompleksləri düzəldilib. Parkda müxtəlif formalı 70-ə qədər oturacaq, müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb. Parkdaxili piyada yolları salınıb, transformator məntəqəsi tikilib, su quyusu qazılıb, ərazidə suvarma sistemi quraşdırılıb, su anbarı inşa edilib. Parkın ətrafındakı binalarda da yenidənqurma işləri aparılıb, fasadlar rənglənib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-1766.html